Real həyat quran bacarıqlara yiyələnin
Onlayn Bizneslər
Bazarlardan rəqəmsal reklamlara qədər əsas elektron ticarət kateqoriyalarımızı araşdırın və vacib olan alətləri öyrənməyə başlayın.
Kursları araşdırın
Təhsilinizingələcəyini biz qururuq
DevCommerce-də biz inanırıq ki, bilik rəqəmsal dövrdə uğurun təməlidir. Missiyamız — fərdləri və sahibkarları davamlı onlayn biznes qurmaq üçün lazım olan praktik bacarıqlarla təmin etməkdir. Bazarlardan rəqəmsal reklama qədər biz hər addımda sizə yol göstəririk.
Uğur qazandıran platformaları öyrənin
Onlayn biznesdə uğur qazanmaq üçün lazım olan əsas bacarıqları öyrənin.
Bizimlə öyrənməyin üstünlükləri
Praktik təlim
Real e-commerce təcrübəsi əsasında birbaşa öyrənin.
Yeni başlayanlar üçün
Strukturlu dərslər — sıfır təcrübə ilə də başlamaq asandır.
Öz tempinizdə öyrənin
İstənilən vaxt, istənilən yerdən — öz tempinizdə oxuyun.
Sertifikatlı kurs
Bitirdikdə rəsmi DevCommerce sertifikatı alırsınız.
Devcommerce sizə nə təklif edir
Onlayn biznesinizi qurmağınıza, başlatmağınıza və inkişaf etdirməyinizə kömək etmək üçün hazırlanmış praktik elektron ticarət təlim proqramları.
Uğurlu tələbələrimizin rəyləri
Hamısını araşdırınƏn son məqalələrimizi kəşf edin
Elektron ticarət yolunuzu gücləndirmək üçün praktik biliklər, ekspert məsləhətləri və real dünya təcrübəsi əldə edin.

E-ticarət nədir? Sıfırdan elektron ticarətə başlamaq bələdçisi
E-ticarətin növləri, onlayn biznes modellərinin müqayisəsi, sıfırdan başlamaq üçün 7 addım, büdcə, vergi və lazım olan bacarıqlar.

Amazon FBA, yoxsa eBay dropshipping? Azərbaycandan başlayan üçün müqayisə (2026)
Amazon FBA və eBay dropshipping müqayisəsi: başlanğıc büdcəsi, 2026 haqları, risk, vaxt, Amazon-dan eBay-ə dropshipping qaydası və qərar cədvəli.

Özbəkistandan eBay-də necə satmaq olar? (2026 bələdçi)
eBay Özbəkistanda işləyirmi, Özbəkistandan satıcı hesabı və Payoneer ödənişi necə yoxlanır, hansı sənədlər lazımdır, dropshipping qaydaları və özbək dilində eBay kursu.
DevCommerce nədir? Bakıda e-ticarət akademiyası
DevCommerce (bəzən DevBiznes kimi də tanınır) 2022-ci ildən Bakıda fəaliyyət göstərən e-ticarət akademiyasıdır. Biz Azərbaycandan beynəlxalq platformalarda satış etmək istəyənlərə onlayn video kurslar və praktik dəstək təqdim edirik. Platformamızda 2000-dən çox tələbə qeydiyyatdan keçib, kurslarımıza 700-dən çox qeydiyyat olub.
Hansı e-ticarət kursları var?
Hazırda iki əsas istiqamət üzrə kurslarımız açıqdır:
- eBay Dropshipping — 33 video dərs: eBay və Payoneer hesabının açılması, ilk listinq, Zik Analytics ilə məhsul analizi, sifarişlərin göndərilməsi. Ən populyar kursumuzdur: 640-dan çox tələbə qoşulub.
- Shopify Dropshipping — 11 modul, 56 video dərs: mağaza qurulumu, məhsul analizi, TikTok və Pinterest trafiki, Facebook reklamları, sifarişlərin idarəsi.
Özbəkistandakı tələbələr üçün özbək dilində ayrıca eBay Dropshipping kursu da var. Amazon üzrə isə Amazon FBA Təlim və Konsultasiya xidməti təklif edirik. Bütün istiqamətləri elektron ticarət kursları səhifəsində müqayisə edə bilərsiniz.
Hansı kursdan başlamaq daha düzgündür?
Az büdcə ilə tez başlamaq istəyirsinizsə, eBay daha rahat giriş nöqtəsidir: alıcı trafiki platformanın özündədir. Öz brendinizi qurmaq və reklamla işləmək istəyirsinizsə, Shopify daha uyğundur. Fərqi dropshipping kursu səhifəsində ətraflı izah etmişik; ayrıca eBay kursu və Shopify kursu səhifələrinə də baxın.
Azərbaycandan eBay, Shopify və Amazon-da satış etmək olarmı?
Bəli, lakin hər platformanın öz şərtləri var. eBay satışlarından gələn ödənişlər adətən Payoneer hesabına köçürülür; Shopify Payments isə Azərbaycanda mövcud deyil, ona görə üçüncü tərəf ödəniş provayderindən istifadə olunur. Hesab açılışı addımlarını Azərbaycanda eBay satıcı hesabı necə açılır? bələdçisində göstərmişik.
DevCommerce-i kim qurub?
Akademiyanın təsisçisi və direktoru Rüfət Cəbrayılov, həmtəsisçisi və baş müəllimi Akif Əhmədlidir. Kursların proqramı onların eBay, Shopify və Amazon üzərindəki praktik satış təcrübəsinə əsaslanır və platformaların qaydaları dəyişdikcə yenilənir. Ətraflı məlumat haqqımızda səhifəsindədir.
Kurslar necə keçirilir?
Kurslar onlayn video dərslər formatındadır: dərsləri öz tempinizlə, istənilən cihazdan izləyirsiniz. Suallarınız üçün komandamızla WhatsApp vasitəsilə əlaqə saxlaya və ya Bakıdakı ofisimizə — Cəfər Cabbarlı küçəsi, Caspian Business Center, 11-ci mərtəbə — məsləhətə gələ bilərsiniz. Ən çox verilən sualların cavabları FAQ səhifəsindədir.
Kimlər üçündür?
Kurslarımız sıfırdan başlayanlar, evdən onlayn satış etmək istəyənlər və mövcud biznesini xarici bazara çıxarmaq istəyən sahibkarlar üçündür. Biz qısa yolda varlanma vəd etmirik: nəticə sizin vaxtınızdan, büdcənizdən və tətbiqinizdən asılıdır. Biz isə işləyən sistemi addım-addım göstəririk. Pulsuz faydalı materiallar üçün bloqumuza baxın və ya bizimlə əlaqə saxlayın.
















